Saakaşviliyə qan köçürüldü

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qan köçürülüb.

Gununsesi.info Gürcüstan KİV-nə istinadən xəbər verir ki, onun səhhəti stabilləşib.

Şəxsi həkiminin sözlərinə görə, siyasətçi aclıq aksiyası ilə bağlı ciddi problemlər yaşayıb.

Saakaşvili oktybarın 1-də gizli yolla qayıtdığı Tbilisidə saxlanılıb. Onun barəsində cinayət məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb.

Gununsesi.info