
Azərbaycanın sabiq baş naziri Artur Rasizadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, yayılan xəbərlərlə bağlı Modern.az-a danışan 86 yaşlı A.Rasizadə hazırda sağlıq durumunun çox yaxşı olduğunu bildirib.
O qeyd edib ki, narahat olmağa heç bir əsas yoxdur:
“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam”.
A.Rasizadə deyib ki, doğrudan da bugünlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub:
“Artıq Bakıya dönmüşəm və hazırda evimdə dincəlirəm”.
O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.
Gununsesi.info