Şimali İraqda 3 türk əsgəri şəhid oldu

İraqın şimalında separatçı terror təşkilatının həyata keçirdiyi hücumun qarşısını alarkən 3 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Bu gün İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 yoldaşımız isə yaralanıb. Separatçı terrorçuya qarşı əməliyyatlar çərçivəsində təmas davam edir. Bölgədə müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilir: “İlkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib”, – deyə, nazirliyin verdiyi açıqlamada bildirilib.

 

 

Gununsesi.info