
Böyük Britaniyanın baş naziri Rişi Sunak vəzifəsini tərk etməyə hazırlaşan hollandiyalı həmkarı Mark Ruttenin səfəri zamanı qapıda qalıb.
Gununsesi.info xəbər verir ki, Yaxın Şərq və immiqrasiya məsələlərini müzakirə etmək üçün Rutteni ofisində qonaq etmək istəyən Sunak hollandiyalı siyasətçini İngiltərə Baş nazirinin 10 nömrəli ofisinin qarşısında qarşılayıb. İkilinin kameralar qarşısında əl sıxması və qapısı bağlı olduğu üçün içəri girə bilməməsi hər kəsi güldürüb.
Qapının bağlı olduğunu görən Sunak bir müddət Rutte ilə əl sıxıb, sonra kömək axtarmağa başlayıb. Qapını açmaq üçün zabit axtaran İngiltərə baş nazirini Rutte müşayiət edib.
Daha sonra kilidli qapı açılanda iki baş nazir içəri daxil ola bilib.
Hollandiyada immiqrasiya ilə bağlı mübahisələr nəticəsində hökumətin dağılmasından sonra Rutte istefa vermək qərarına gəlib. Türkiyə əleyhinə bəyanatları ilə tanınan ifrat sağçı ekstremist Gert Vilders ötən ay ölkədə keçirilən seçkilərdə qalib gəlib.
Rishi Sunak appeared to be locked out of Number 10 as he welcomed his Dutch counterpart Mark Rutte.
The pair met to discuss 'the scourge of illegal migration' and the UK's Rwanda policy, as well as the conflict in the Middle East and Ukraine.https://t.co/xItZsH7tea pic.twitter.com/63JM4YpC4v
— Sky News (@SkyNews) December 8, 2023
Gununsesi.info