Silahlı hücum: Türk jurnalistlər Liviyada ölümdən döndü (VİDEO)

Silahlı hücum: Türk jurnalistlər Liviyada ölümdən döndü (VİDEO)

Liviyada xəbər hazırlayan türk jurnalistlər terrorçu Hafterə aid yaraqlıların silahlı hücumuna məruz qalıb.

Gununsesi.org haber7.com-a istinadla xəbər verir ki, yaraqlılar jurnalistlərin çəkiliş apardığı minik avtomobilinə əvvəlcə kiçik çaplı topdan, sonra isə avtomat silahlardan atəşə tutublar.

Avtomobildə HaberTürk əməkdaşları jurnalist Məhmət Akif Ərsoy və operator Həsən Dönməz olub.
Sürətlə geri hərəkət edən jurnalistlər xəsarət almadan bölgədən uzaqlaşa biliblər.

 

Gununsesi.org

COMMENTS