Sıla aşpaz sevgilisinə ərə getdi- FOTOLAR

Sıla aşpaz sevgilisinə ərə getdi

Müğənni Sıla ilə məşhur aşpaz Hazer Amani ailə qurublar.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlüyün nikahı Nişantaşındakı evlərində Bakırköy bələdiyyə sədri Bülənt Kərimoğlu tərəfindən bağlanıb. Sılanın nikah şahidi meneceri Serkan Güneylə musiqi direktoru Burak Erkul, Hazerin isə şoumen Bəyazid Öztürklə Kamal İnal olub. Müğənni toyunda Özləm Süerin hazırladığı gəlinliyi, Amani isə “Cavalli”dən bəylik kostyumu geyinib. Cütlük nikahdan sonra restoranların birində toy mərasimi edəcək. Mərasimə onların ailələri ilə yanaşı, 100-dək dostu qatılacaq.

Sıla ilə Hazer nikahdan sonra Romaya istirahətə yollanacaqlar.



 

Gununsesi.org

COMMENTS