Həftar Moskva danışıqlarını barışıqsız tərk etdi –Liviyada savaş dayanmayacaq

Həftar Moskva danışıqlarını barışıqsız tərk etdi –

Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Həftar və Milli Barışıq Hökumətinin başçısı Faiz Sərrac arasında Moskvada keçirilən danışıqlar nəticəsiz sona çatıb.

“RİA Novosti” Liviya mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında anlaşma imzalanmamış Həftar Moskvanı tərk edib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin qərar qəbul etmək üçün səhərə qədər vaxt istədiklərini bildirib.

Moskvada keçirilən görüş Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə baş tutub. Onun yekununa görə tərəflər arasında Liviyada atəşkəs haqqında saziş imzalanmalı idi.

Xəbər Oxu.az saytında dərc edilib.

 

Gununsesi.org

COMMENTS