Yaponiyalı milyarder Yusaku Maesava raket və kosmik aparatlar isteshal edən “SpaceX”in Aya təşkil edəcəyi turist səfəri üçün özünə sevgili axtarır.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı “moda imperatoru” özünün rəsmi internet səhifəsində artıq bunla bağlı elan da verib. Qızlar Yusaku ilə Aya getmək üçün yanvarın 17-dək müraciət edə bilərlər. Şərtlər iş adamının saytında dərc olunub. Yusaku Aya kiminlə gedəcəyini martda açıqlayacaq.
Aya uçuş 2023-cü ildə olacaq.
Qeyd edək ki, 3 milyard dollar sərvəti olan Maesava bir qədər əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılıb.
Gununsesi.org
COMMENTS