
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2023-cü il üçün ilk iclası çağırılıb.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, Komissiyanın ilk iclası bu gün keçiriləcək. İclasda Əfvlə bağlı müraciətlərə baxılacaq.
Komissiyanın üzvü Əliməmməd Nuriyev saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən etibarən Əfv Komissiyasının iclasları keçiriləcək.
Gununsesi.info