ABŞ Çini məsuliyyətə cəlb edəcəyini vəd edir Rusiyaya yardım etdiyi üçün

ABŞ Çini Rusiyaya təhlükəsizlik yardımı göstərməyə və ya sanksiyalardan yayınmağa cəhd edərsə, cəzalandıracağını vəd edir.

Gununsesi.info bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Price bildirib:

HTML tutorial

“Amerika Çini mümkün qədər aydın şəkildə xəbərdar edib ki, əgər ölkə Rusiyaya Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar rejimindən yan keçməsinə yardım etmək qərarına gəlsə, bunun nəticələri olacaq. Bu, xüsusilə Ukraynada xüsusi hərbi əməliyyat zamanı istifadə edildikdə, təhlükəsizlik sektoru ilə bağlı istənilən yardıma da aiddir”.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib ki, ABŞ Rusiya ilə İran arasında əməkdaşlığa qarşıdır. Onlar buna etiraz olaraq ölkələr arasında münasibətlərin müsbət inkişafını hərbi cəhətdən əngəlləmək üçün lazım olan hər şeyi edəcəklərini bildiriblər.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info