Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mənimsəmə ilə bağlı cinayət işinin istintaqı başa çatıb, işin materialları prokurorluğa təhvil verilib.
Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və digər şəxslərin adı hallanır.
İstintaq Komitəsinin iddiasına görə, S.Sarkisyan 1 milyon dollardan çox vəsait mənimsəyib.
S.Sarkisyan öz növbəsində ittihamların siyasi təzyiq vasitəsi olaraq irəli sürüldüyünü bildirir.
COMMENTS