İcra başçısının səyyar görüşləri davam edir

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü dekabr ayının 1-də 13 nömrəli tam orta məktəbin akt zalında  oldu.

Gununsesi.info xəbər verir ki, görüşdə İcra aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, məktəbə yaxın və şəhərin digər ərazilərində yaşayan sakinlər, mətbuat işçiləri iştirak ediblər.

 Görüş iştirakçılarını salamlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən quruculuq işləri haqqında məlumat verdi.

Qeyd olundu ki, şəhərimizdə həyata keçirilən quruculuq işləri genişlənməkdədir.  Yenilənən kanaliasiya sisteminin çəkilişinin böyük hissəsi başa çatıb, şəhərin sağ və sol sahillərində, yaşayış massivlərində görülən hər bir yenidənqurma işləri vətəndaşların rifahı naminə həyata keçirilir. Yeni istirahət guşələri yaradılır, məhəllələr abadlaşır, nümunəvi məhəllələr yaradılır.

 Asfaltlanma və işıqlanma sisteminin yenilənməsi sürətlə aparılır. Bütün işlər cənab Prezidentimizin tapşırığı ilə həyata keçirlir.

Çıxış edən sakinlər görülən bütün işlərə görə minnətdarlıqlarını ifadə etdilər. Allahyar Allahverdiyev, Məhəmməd Əyyubov, Zakir Süleymanov, Nərgiz Rəhimova, İntizar Məhərrəmova, Fəxri Yusifov, Sahibə Rəsulova, Elnarə Hüseynova  qarşılaşdıqları problemlərdən danışdılar.

Qurumuş ağacların budanması, kanalizasiya sistemindəki nasazlıqlar, bəzi yerlərdə oturacaqların və kölgəliklərin qoyulmasına olan ehtiyac, səki daşları və bordürlərin olmaması kimi məsələlər diqqətə çatdırıldı.

 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qalrırılan problemləri dinləyərək müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

 

 

 

Mingəçevir qəzeti

Gununsesi.info