Bakıda 30 yaşlı kişi 7 yaşlı qıza qarşı zorla seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Gununsesi.org-a açıqlamasında bildirib ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib:
“1990-cı il təvəllüdlü F.H. barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
COMMENTS