Sabiq deputatlar həbsdə qaldı - YAXINLARI ƏFVƏ ÜMİD EDİRDİ

  • By admin
  • 08 May 2023 10:29

Uzun müddətdir ki, həbsdə olan sabiq deputatlar Dünyamin Xəlilovun və Eldəniz Səlimovun azadlığa buraxılacağına dair gözləntilər təsdiqini tapmayıb.

Gununsesi.info-nun xəbərinə görə, ölkə başçısının bu gün imzaladığı əfv sərəncamında hər iki şəxsin adına rast gəlinməyib.

HTML tutorial

Qeyd edək ki, bir neçə ildir ki, “Beynəlxalq Bank İşi”nə görə həbsdə olan Dünyamin Xəlilovun həyat yoldaşı onun azad olunması üçün ölkə başçısına müraciət etmişdi.

Xuliqanlıq ittihamı ilə həbsdə olan digər sabiq deputat Eldəniz Səlimov da azadlığa çıxmaq üçün Prezidentə əfv ərizəsi yazmışdı.

Hər iki şəxsin yaxınları saytımıza açıqlamasında Əfv Komissiyasının katibliyindən cəzaçəkmə müəssisələrindən onlarla bağlı müvafiq arayış alındığını da vurğulayıb.

 

Ancaq görünür, ölkə başçısı sabiq deputatları əfv etməyi zəruri hesab etməyib.

 

Afət Abbasova

Gununsesi.info