Lerikdə meşə sahəsində və Hirkan Milli Parkındə yanğın olub

  • By ilhame
  • 09 Yanvar 2024 22:39

Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə sayta Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər. Ətraf ərazilər yanğından mühafizə olunub.

 

Gununsesi.info