Şirvanda neft quyusundan qaz püskürüb

  • By ilhame
  • 09 Yanvar 2024 22:27

Şirvanda neft quyusundan qaz püskürüb.

 

Gununsesi.info-nun məlumatına görə, saat 21 radələrində “Şirvan Oil Company LTD”-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

 

Hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvbəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.

 

Gununsesi.info