
Səudiyyə Ərəbistanı və Suriya ilə münasibətlər yenidən normallaşır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, S. Ərəbistanının Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Suriyadakı diplomatik təmsilçiliyin yenidən öz işinə başlaması qərarının alındığı açıqlandı.
Açıqlamada bu qərarın Ərəbi Birliyinin 7 mayda aldığı qərarla BMT nizamnamələrinin yerinə yetirilməsi ilə yanaşı, qardaşlıq bağlarının gücləndirilməsi və bölgədə təhlükəsizlik və sabitliyinin təşvik edilməsi üçün verildiyi bildirilib.
S. Ərəbistanının Nazirlər Kabineti Suriyanın Ərəb Dövlətləri Liqasındakı yerinə geri dönməsini məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.
Tərcümə: Arzu Sayadoğlu