
Pakistanın keçmiş Baş naziri İmran xan dindirilmək üçün getdiyi məhkəmə binasının önündə həbs edilib.
Gununsesisi.info xarici mətbuata istinadən xəbər verir ki, İmran Xan paytaxt İslamabadda nəzarət altına alınıb.
İmran Xan polis avtomobilinə mindirilərək saxlanılıb.
72 yaşlı siyasətçinin həbsi ilə bağlı rəsmi açıqlamada onun “rüşvət” üstündə tutulduğu bildirilib.
Xatırladaq ki, İmran Xan hökuməti keçən ilin aprel ayında Parlamentin etimad səsverməsində deputatların səs çoxluğu ilə iqtidardan düşürülmüşdü.
Bu ilin mart ayında İmran Xan haqqındakı məhkəmə davasında onun “Xalqı kin və düşmənliyə sövq etmək” ittihamı ilə mühakimə edildiyi açılqanmışdı.
Tərcümə: Arzu Sayadoğlu