
Səudiyyə Ərəbistanı ilk dəfə qadınların gözəllik yarışmasına qatılıb.
Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanından olan Rumi Əl-Qahtani adlı gənc qız “Miss Asia-2024”ə namizəd olub.
Gənc qızın podiumda saçları səpələnmiş şəkildə yeriməsi “azadlıq əlaməti” kimi şərh edilib.
Səudiyyə Ərəbistanında qadınların iş həyatına girməsi, avtomobil sürməsi, kino və konsert kimi tədbirlərə qatılması kimi islahat addımları atan vəliəhd Salman yeni qərara imza atıb.
Qeyd edək ki, şəriət qanunları ilə idarə olunan ölkədə ilk dəfə qadın gözəllik müsabiqəsinə qatılıb.
Digər tərəfdən Filippin adından yarışan Dyan Shane Mag-Abo adlı qadın gözəllik yarışmasının qalibi olub.
Gununsesi.info