
Təmizlikçi xanım hüquq firmasında işləyərkən iclas otağında artıq sendviç yediyi üçün işindən qovulub.
Gununsesi.info xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təmizlikçi işləyən 39 yaşlı Qabriela Rodriguez Devonshires hüquq firmasının iclas zalında artıq sendviç yediyi üçün oğurluqda günahlandırılaraq işindən qovulub.
Rodriguezin işlədiyi “Total Clean” şirkəti qadının “icazəsiz və ağlabatan bəhanə olmadan müştəri əmlakını” götürdüyünü açıqlayıb.
“Total Clean” Rodriguezin işdən çıxarılmasının “məşğulluq qanunlarına uyğun olduğunu” israr etsə də, “Devonshires” şirkəti qadına qarşı rəsmi şikayət vermədiyini və ona qarşı hər hansı tədbir görülməsini tələb etmədiyini bildirib.
Hüquq firması “Total Clean”in öz araşdırmasını apararaq qərarı verdiyini və bu qərarda heç bir şəkildə iştirak etmədiklərini bildirib.
Bu arada “UVW” həmkarlar ittifaqı 100 qutu ton balığı və 300 sendviçlə hüquq firmasının binasının qarşısına gələrək baş verənlərə etiraz edib.
İngiltərə mətbuatında bir sendviçin qiymətinin 1,5 funt sterlinq olduğu, Qabriela Rodriguezin saatlıq maaşının isə 13 funt sterlinq olduğu bildirilib.
Gununsesi.info