
24 yaşlı ingilis Türkiyə lirəsinin dollar, avro və ingilis funt sterlinqinə qarşı son ucuzlaşmasını öz xeyrinə istifadə edib.
Gununsesi.info xəbər verir ki, İngiltərənin liman şəhəri Mançesterdə yaşayan Coş Kerr adlı gənc Türkiyənin çox ucuz olduğunu və Antalyada 5 ulduzlu oteldə 1 ay qalmağın İngiltərədə yaşamaqdan daha sərfəli olduğunu açıqlayıb.
Sosial mediada paylaşım edən 24 yaşlı Kerr İngiltərədəki evinin kirayəsi və hesablarına hər ay 950 lirə ödədiyini, Antalyada 5 ulduzlu oteldə 1 ay qalmağın xərcinin isə 944 lirə olduğunu bildirib.
O, bu pula otelə gediş-gəlişin daxil olduğunu desə də, oteldə 5 hovuz olduğunu və yeməklərin də daxil olduğunu bildirib. Kerr oteldə çoxlu bar və restoranların olduğunu və SPA mərkəzinin də olduğunu, otelin dənizə 300 metr məsafədə olduğunu bildirib.
“Zarafat etmirəm, Mançesterdə kirayə, vergi və hesablara 950 funt xərcləyirəm. Səhər yeməyi, nahar və şam yeməyini burada yeyə bilərəm. İçkilər, qəlyanaltılar da gəlir. İngiltərədə nə işim var?”- Kerr deyib.
Video qısa zamanda paylaşma rekordu qırıb. Gənc turistin TikTok-da yayımlanan videosu çoxlu bəyənmə toplayıb.
Kerr videoda bir ay ərzində istədiyi bütün yemək və içkilərlə dəbdəbəli yaşaya biləcəyini deyəndə, onlayn səyahət agentliyi gəncə gəlib bunu sınamağı tapşırıb. Lakin videoda adı çəkilən Kerr oteli mart ayına qədər açılmadığı üçün o, başqa oxşar oteldə məskunlaşıb.
Videolarında Mançesteri hazırda qaldığı otel həyatı ilə müqayisə edən Kerr deyib ki, “Burada hər kəs daha xoşbəxtdir. Məncə, bunun səbəbi hamının tətildə olmasıdır”.
Gununsesi.info