
Avstraliyalı siyasətçi Barnabi Coys ötən gün çox maraqlı vəziyyətdə çəkdirdiyi videosu ilə gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, “Daily Mail Australia” nəşri ölkənin 56 yaşlı keçmiş baş nazirinin müavini Barnabi Coysun Kanberranın Lonsdeyl küçəsində yerdə uzanmasının eksklüziv videosunu yayıb.
Mənbələr bildiriblər ki, siyasətçi həyat yoldaşı Vikki Kampion ilə telefonla danışarkən böyük bir güldanın üstündə oturaraq yerə yıxılıb və söhbətə qaldığı yerdən davam edib.
Coys məşhur videosunu şərh edərkən, “Orada kamerası olan birinin olduğunu bilsəydim, daha tez ayağa qalxardım” deyib.
Lakin hadisədən sonra bəzi insanlar siyasətçini istefaya çağırıb.
Siyasi yazar Cenni Hokinq sosial şəbəkədə Coysun yardıma ehtiyacı olduğunu iddia edərək onu sərt şəkildə tənqid edib.
Coysu lentə alan şəxs siyasətçini həyat yoldaşını vecinə almamaqda ittiham edərkən, Vikki Kampion da bunun əksini tənqid edib. O, mediaya ərinin ona zəng edərək videonu çəkən şəxsi “Coysun köməyə ehtiyacı olub-olmadığını soruşmadığına” görə tənqid edəndə “yarıyuxulu olduğunu” deyib.
Lakin şahid siyasətçinin yardıma ehtiyacı olduğuna dair heç bir sübut olmadığını söyləyib. “Coys yolun kənarında uzanaraq rahat və xoşbəxt görünürdü və deyəsən, heç bir köməyə ehtiyacı yox idi” deyə mənbə bildirib.
Gununsesi.info