
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Gununsesi.info