Şəmkirdə münaqişə zamanı havaya atəş açan tutuldu

  • By admin
  • 30 Oktyabr 2021 18:23

Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan TOZ markalı ov tüfəngi aşkar edilərək götürülüb, araşdırma aparılır.

Gununsesi.info