II Elizabetin son vəziyyəti AÇIQLANDI

  • By admin
  • 30 Oktyabr 2021 18:15

Kraliça II Elizabetin səhhətində ciddi problem yoxdur.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

“Hər həftə olduğu kimi, bu həftə də Əlahəzrətlə danışdım və o, əla formadadır”, – deyə o bildirib.

Conson qeyd edib ki, kraliça həkimlərin tövsiyələrinə əməl edərək, dincəlir.

“Əminəm ki, bütün ölkəmiz ona ən yaxşısını arzulayır”, – deyə baş nazir əlavə edib.

Daha əvvəl məlum olmuşdu ki, II Elizabet həkimlərin məsləhəti ilə daha iki həftə istirahət edəcək. Bundan əlavə, həkimlər ona rəsmi səfərlər etməyi qadağan edib.

Gununsesi.info