
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri – İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovu bıçaqlayıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info