Şəmkirdə ağır qəza: polis əməkdaşı öldü, dörd nəfər yaralandı

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Gununsesi.info xəbər verir ki, Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib

HTML tutorial

Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

xxx

Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info “Report”a istinadla xəbər verir ki, yol qəzası zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, ölən şəxsin Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info