Ramin Əliyev: “Milli Demokratiya Modeli ilə xalqı siyasətə qaytarmaq istəyirik” – MÜSAHİBƏ

  • By arzu
  • 29 Aprel 2023 14:25

Azərbaycanda mövcud Yeni Azərbaycan Partiyasının parlamentdə müzakirəyə çıxartdığı və “Siyasi İslahatlar” adlandırdığı atdığı bir sıra addımlar cəmiyyətdə siyasətə marağa baxışı dəyişdirmək üçün yeni gümanlar yaradır. Biz də bu əsasla, ölkəmizdə siyasət yürüdən siyasi təmsilçilərlə, hərəkat rəsmiləri ilə müsahibələrə start vermişik. Onlardan ilki yeni və gənc siyasətçiləri ilə tanınan “Son Ümid Xalq Hərəkatı” (SÜXH) və onun başçısı Ramin Əliyevdir.

Gununsesi.info olaraq SÜXH başççısı Ramin Əliyevdən özəl müsahibə almışıq. Sizə təqdim edirik.

HTML tutorial

 

“Son Ümid Xalq Hərəkatı”nın siyasi ideoloji xətti nələrdir?

Son Ümid Xalq Hərəkatının əsas ideoloji xətti xalqı siyasətə qaytarmaqdır. Bu ideoloji xətt üzərindən prossesləri istiqamətləndirib Milli Demokratiya Modelini yaratmağı əsas hədəf götürmüşük. Bir misal qeyd edim:
Böyük Britaniya, İspaniya, Belçika kimi inkişaf etmiş dövlətlərdə hər kəsə məlumdur ki, Monarxik (Monarxiya) rejimdir. Yəni, hakimiyyət krallığın nəzarəti ilə nəsildən-nəslə ötürülür. Özümüzə sual verə bilərik, o zaman niyə o dövlətlərdə insanlar demokratik cəmiyyət qurub?
Çox sadə Burda iki məsələ önə çıxır:

1. Monarxik quruluşla demokratiyanın bir yerdə olması sivil cəmiyyətlərdə birmənalı qarşılanmır və buna görə də qəbul edilməzdir.
2. Buna görə də Monarxik sistemə malik dövlətlərin siyasiləri demokratiyanı unikal formaya salaraq öz “Milli Model “-lərini yaradıblar.
Biz də əgər demokratiyanı dadmaq istəyiriksə, öz modelimizi yaratmalıyıq.
Azərbaycan unitar dövlət olduğundan, bu model sistemə tez oturuşacaq.

 

Təşkilatlanma ilə bağlı nə kimi işlər görürsünüz? Neçə rayonda varsınız? Və üzvlərinizin sayı – Sirr deyilsə..

Hərəkatımız təşkilatlanma prossesini bir neçə pillələrdən keçirtməklə, üzv qəbulunu həyata keçirdir.
Məlum məsələdir ki, bu gün siyasi qorxu hissi həm gənc kadrların, həm də orta nəslin şüur altında formalaşıb. Ona görə də, üzv qəbul etmək asan məsələ deyil. Siyasətə qarışmaqdan çəkinən potensial insan kapitalı kütləşdiyindən, məcbur olaraq fərqli qaydada təbliğat aparırıq.
Milli Düşünmə Mərkəzimizin qəbul etdiyi nizamnaməyə əsasən, məxfi və aşkar proseduru tətbiq edirik.

Açıqlanmaqdan çəkinən, cəsarətini toparlaya bilməyən yeni üzvlər bir müddət açıqlanmır. Uzun prossesdən keçdikdən sonra özünü hazır hiss etdikdə, açıqlayırıq.
Digər tərəfdən, hərəkatımıza kənar sızmalardan qorunmaq üçün daxildə “Təhlükəsizlik Mərkəzi” yaratmışıq.
Bu sistemi ona görə tətbiq edirik ki, gələcəkdə partiya olmaq qərarına gəldikdə, parçalanma baş verməsin.
Belə deyək, “Pramida” sistemini tətbiq edirik. Daxili sirlərimizdən bu qədər…

Hazırda, əsasən Qərb və Aran zonasında daha çox təşkilatlanmışıq. Üzvlərimizin altmış faizi qeyd etdiyim regionlardandır. Digər qalan faiz isə Bakı şəhəri, Sumqayıt şəhəri, Cənub və Şimal rayonlarının payına düşür. 16 rayon təşkilatımızı, 20 dayaq nöqtələrimizi formalaşdırmışıq. Avropada: Belçika,Hollandiya,Çexiya, Latviya,Macarıstan,Polşa, İsrail,B olqarıstan və qardaş Türkiyə Cümhuriyyətində təmsilçililərimiz var. Təyinat vermişik. ABŞ,Kanadada təmsilçilərimiz fəaliyyətə başlayıb. Asiya: Qazaxıstan, Özbəkistanda təmsilçilərimiz fəaliyyətə başlayıb.
Üzvlərimizin sayı rəsmi qeydiyyatımızda 2377 nəfərdir. Təəssübkeşlərimizlə birgə 3694 nəfərdir.
15 nəfərdən ibarət İdarə Etmə Mərkəzimiz təsis edilib və hər daim fəaliyyətdədir.

Sturukturumuz :
1.Qadın Düşünmə Mərkəzi
2.Sosial Təminat və Ailələrin Himayəsi Mərkəzi
3.Beynəlxalq Əlaqələr Mərkəzi
4.Maliyyə və Verginin Tənzimlənməsi Mərkəzi
5.Siyasi Partiyalarla Əlaqələr Mərkəzi
6.Təhsil və Mədəniyyət Mərkəzi
7.Daxili Məsələlərin Tənzimlənməsi Mərkəzi
8.Rəqəmsal Texnologiyalara Nəzarət Mərkəzi
9.Səhiyyə və Sığortanın Təşkili Mərkəzi
10.Xalqlar Cəmiyyəti Mərkəzi
11.Təhlükəsizlik Mərkəzi
12.Milli Kimlik Mərkəzi
13.Hərbi Mərkəz
14.Məhkəmə və Hüquqi Qrumlara Nəzarət Mərkəzi
15.Dini Qurumlara Nəzarət Mərkəzi

 

Təşkilat olaraq qarşınıza hansı hədəfləri qoymusunuz?

Əsas hədəfimiz demokratikləşməni milliləşdirməkdir. Böyük gücə çevrilərək Parlament Respublikası İdarə Etmə üsulunun tətbiqinə nail olmaq, Bələdiyyə sistemini güc mərkəzinə çevirməkdir.

 

Əməkdaşlıq etdiyiniz siyasi partiyalar, ictimai-siyasi şəxslər və hərəkatlar varmı?

Hazırda Əməkdaşlıq etdiyimiz Avropa, qardaş Türkiyə, Gürüstan, ABŞ, Kanadadan siyasi şəxslər, Partiyalar və təşkilatlar vardır. Hələlik xarici əlaqələrimiz istədiyimiz səviyyədə deyil. Biz istəyən kimi olmamasına səbəb isə, əməkdaşlıq etdiyimiz şəxs, partiya və ya təşkilatlarla şərtlərimizi irəli sürüb addım atırıq. Şərtlərimiz :
1.Erməni lobbisinə yaxınlığı olmasın.
2.Azərbaycan Dövlətinin, dövlətçiliyinin (Azərbaycan iqtidarının deyil) maraqlarına zidd hər hansı prossesdə bilavasitə və ya dolayısı yolla iştirak etməsinlər.
3.Azərbaycanın 1918-ci il ərazi bütövlüyünü tanımış və qəbul etmiş olsunlar.
4.Sülh meyilli olsunlar.

 

Sizcə, cəmiyyəti bu durumdan çıxarmaq üçün müxalifətin məsuliyyəti nə olmalıdır?

Bu, çox ağır mövzudur. Qısa cavab verəcəm: “Hər şeyin təzəsi, dostun köhnəsi” prinsipinə uyğunlaşmağı bacarmalıyıq. Müxalifətin bir nömrəli məsuliyyəti və vəzifəsi problemlərin həll yolunu taparaq xalqa göstərməsidir.
Hərəkatımız bu məsələdə çox diqqətlidir. Yaxın aylarda tam tərkibdə və formalaşmış kadrla ictimaiyyət qarşısında həll yollarını, planları açıqlayacağıq. Qismət olsa..!

 

Ölkəmizdə siyasi mühitin normallaşdırılması və xalqın qarşısındakı məsuliyyət üçün nələri dəyişdirə biləcəksiniz?

İstəyimiz baş tutsa, xalq olaraq beyinləri dəyişdirib özümüzdən başlayacağıq.

 

Son dönəmlərdə Qarabağda Azərbaycan Laçın-Xankəndi yolunda kontrol-nəzarət məntəqəsi qurdu. Ermənistan dünyanı üzərimizə qaldırmağa çalışdı. Bununla bağlı hərəkat olaraq rəsmi yanaşmanız nədir?

Bu da yeni bir oyundur. İqtidarların hakimiyyəti uzatmasına hesablanıb. Bu prossesin həqiqiliyinə inamım Rusiya sülhməramlılarının Azərbaycan torpağına ayaq basdığı zaman öldü.

 

Sizcə, ölkədəki təməl problemlər hansılardır və çözümü üçün çıxış yollarınız nələrdir?

Digər səkkiz sualın cavablarını reallığa çevirə bilsək, doqquzuncuya ehtiyac qalmıyacaq.

 

Sayt vasitəsi ilə hansısa bir çağırışınız varmı?

Xalq çağırışım budur ki, sizin istədiyiniz, arzuladığınız kimi olacağıq. İddialıyıq və inanırıq. Könül verərək, bizə qoşulsunlar.

 

Arzu Sayadoğlu

Gununsesi.info