
Baş Prokurorluğun Polis Orqanlarında İstintaqa Nəzarət İdarəsinin nümayəndələri 82 gündür həbsdə aclıq edən AXCP Salyan şöbəsinin sədri Əlizamin (Zamin) Salayevlə Bakı İstintaq Təcridxanasında görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Əlizamin Salayev özü vəkili Nemət Kərimliyə məlumat verib.
Vəkilin bildirdiyinə görə, görüş zamanı Əlizamin Salayevə Baş Prokuror Kamran Əliyevin bu işi nəzarətə götürdüyü, məsələnin obyektiv araşdırılması üçün göstəriş verdiyi deyilib. Siyasi fəal da öz növbəsində heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş ittihamın saxta olduğunu deyib.
Şəbnəm
Gununsesi.info