Ədliyyə Nazirliyi məşhur vəkili həyatda “mövcud olmayan” kimi elan edib

Ədliyyə Nazirliyinin yenidən qeydiyyata alınmaq üçün partiyalar tərəfindən təqdim edilən siyahını araşdırması ilə bağlı maraqlı xəbərlər yayılıb.

Gununsesi.info bildirir ki, qeydiyyatından imtina edilən Müsavat Partiyası tanınmış funksionerlərinin nazirlik tərəfindən partiya üzvü kimi hesab edilmədiyini bəyab edib.

Müsavat üzvü olan tanınmış vəkil Nemət Kərimli də sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Vəkil yazır:

“Ədliyyə Nazirliyi siyasi partiyaların qeydiyyatı ilə bağlı verilən siyahıda mənim adım “eyniləşməyən” kimi qeyd ediblər. Yəni, mən adlı adam mövcud deyil. Sonra da zəng edib soruşurlar ki, siz partiya üzvüsünüzmü?”

 

Şəbnəm

Gununsesi.info