
2032-ci ildə Yay Olimpiya Oyunlarının hansı ölkədə keçiriləcəyi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi açıqlamasına görə, Olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul – 8 avqust tarixlərində keçiriləcək. 2024-cü il Yay Olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.
Gununsesi.info