Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi

Bir neçə gün öncə, Ermənistanda hakim elitanın nümayəndəsinin dəbdəbəli toyu keçirildi.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasından parlamentə üzv seçilmiş Ayk Sarkisyanın toyunda iqtidar nümayəndələri, o cümlədən baş nazir Nikol Paşinyan və ailə üzvləri qatılıb.

“Qraparak” qəzetinin iddialarına görə, “Prime Hall” restoran kompleksində keçirilən toy mərasiminə dövlət məmurları ilə yanaşı, kriminal aləmin simaları da qatılıb. Belə ki, Nikol Paşinyan və ailəsi kriminal aləmdə tanınan Çax Rüstəm və s. avtoritetlərlə bir stolda əyləşib.