Ötən gün Bakıda intihar hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
İsa Alməmmədov Azərbaycanın tanınmış şairi, məşhur “Salam, dar ağacı” şeirinin və eyni adlı kitabın müəllifi Rüstəm Behrudinin qardaşı oğludur.
Qeyd edək ki, İ. Alməmmədov “Behrud İnşaat” şirkərinin rəhbəri İlham Alməmmədovun oğludur.