Məhkəmə sədrini polisə apardılar - GENERAL GÖSTƏRİŞ VERDİ VƏ... +OLAY/FOTO

  • By admin
  • 22 Aprel 2021 11:02

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri  Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə  bu günlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub.

Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.

Polislərə qarşı  aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.

Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib və sərbəst buraxılıb.

 

Gununsesi.info