Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlametinə yeni sədr seçilib. Gununsesi.info xəbər verir ki, bu posta Kaxaber Kuçava seçilib.

O, 24 apreldə parlament sədri vəzifəsindən istefa edən Arçil Talakvadzeni əvəz edib.

K.Kuçava 86 səs qazanıb. O, hakim “Gürcü arzusu” Partiyasının üzvüdür.

Qeyd edək ki, 42 yaşlı Kuçava əvvəllər Gürcüstan parlamentinin vitse-spikeri  və Azərbaycanla dostluq qrupuna rəhbəri olub.