
ABŞ prezidentliyinə bütün namizədlər kimi Co Bayden də keçənilki seçki kampaniyasının çox hissəsini vəd verməklə keçirib. 100-cü iş günü yaxınlaşdıqca prezidentin fəaliyyətinin qiymətləndirilməsi üçün ənənəvi bir mərhələdir. O, verdiyi sözlərin bir çoxuna əməl etsə də, bəzilərini yerinə yetirə bilməyib.
Prezidentin kampaniya vədləri siyasət sahələrindən asılı olmayaraq, üç yerə bölünə bilər. Burada əlçatan işlər var idi ki, Bayden “birinci gün” qələmin gücü ilə verdiyi sərəncamlardır.
Aprelin 15-nə qədər Bayden özündən əvvəlki sələflərindən daha çox – 49 sərəncam və memorandum imzalayıb. Bu tarixə qədər sələfi Donald Tramp 36, Barack Obama 34, Corc W. Buş isə 12 sənədə imza atmışdı.
Daha mürəkkəb məsələlərə gəldikdə isə icra hakimiyyətinin səlahiyyətləri ilə siyasətlərin dəyişdirilməsi və təşəbbüslər vaxt ala bilər. Lakin bunlar Konqres üzvlərinin iştirakı olmadan nail olunacaq işlərdir.