Şəhid hərbçimizlə vida mərasimi keçirilir

  • By admin
  • 27 Aprel 2021 18:47

Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi başlayıb.

Gununsesi.info xəbər verir ki, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.

Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, sakinlər iştirak edir.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.

Gununsesi.info