
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qanlı müharibə ilə bağlı hazırkı təfərrüatları açıqlayıb.
Gununsesi.info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahı işğalçıların müharibəni davam etdirdiyini bildirib.
“Fevralın 25-i yerli vaxtla səhər saat 10-a olan məlumata görə, rus işğalçıları uzaqmənzilli silahlardan və taktiki aviasiyadan istifadə etməklə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirirlər”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Aviasiya hücumunun Belarusun Minsk vilayəti ərazisindən və Krım Muxtar Respublikasından idarə olunduğu bildirilir. Ukrayna əhalisini qorxutmaq üçün düşmən daha çox mülki infrastrukturu və yaşayış binalarını dağıtmağa üstünlük verir.
“O da məlumdur ki, göyərtəsində paraşütçülər olan Rusiyanın İl-76 təyyarələri Belarusun Qomel aerodromuna enib.
Qostomel aerodromunun uçuş-enmə zolağı zədələndiyinə görə düşmən öz gücü ilə Belarus ərazisindən Qomel-Çerniqov-Kiyev istiqamətində irəliləmək qərarına gəlib”, – Baş Qərargah bildirib .
Qeyd edilir ki, Seversk vilayətində Belous çayı boyunca 1-ci briqadanın bölmələri düşmənin qarşısını alıb.
“İndi Çerniqov müdafiəçilərindən layiqli cavab alan düşmən şəhərdən yan keçib paytaxta hücum etməyə çalışır”.
Məlumatda bildirlir ki, itkilərdən asılı olmayaraq Kiyevə hücumu dayandırmaq istəmir.
Cənubda ruslar işğalçılıq planlarını həyata keçirməkdə davam edir. Ukraynanın Melitopol şəhəri uğrunda küçə döyüşləri gedir.
Donetsk istiqamətində dəyişiklik yoxdur: düşmənin uğuru yoxdur, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədinə nail olunmayıb. Birləşmiş Qüvvələrin bölmələrinin atəşə tutulması dayanmır.
Xarkov və Valuykov rayonlarında müdafiə qüvvələrinin bölmələri müdafiə döyüşlərini davam etdirir, düşməni dayandırır və müəyyən bir xətt boyunca möhkəmlənir.
Hərbi Hava Qüvvələrinin qruplaşması düşmənin hava zərbələrini dəf edir. Sistemli hərbi əməliyyatlar aparmağa davam edir. Daimi hava kəşfiyyatı həyata keçirir.
Ümumilikdə, Birləşmiş Qüvvələr Qruplaşması müdafiə əməliyyatı aparır və düşməni bütün toqquşma xətti boyunca dayandırmağa çalışır.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da bildirib ki, rus qoşunları Kiyevə soxulmağa çalışır.
Düşmən Kropivnitski şəhəri ərazisindəki bölmələrə hava zərbəsi endirib, Vilkovo və Tiraspolun yuxarı ərazilərində düşmən helikopterlərinin əhəmiyyətli aktivliyi qeyd edilib.
Kiyevdə səhər iki dəfə hava təhlükəsi elan edilib. Vətəndaşlardan təcili olaraq sığınacaqlara getmələri istənilib.
Bundan əlavə, muzdlular Kiyevi atəşə tutmağa başlayıblar. Hava hücumundan müdafiə qüvvələri paytaxt səmasında Rusiya təyyarəsini vurub. Nəticədə Koşice küçəsi, 7a ünvanında yerləşən evlərdən birində güclü yanğın baş verib. İlkin məlumata görə, üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Ukrayna Silahlı Qüvvələri Qostomel aerodromunu rus qoşunlarından təmizləyib.
Gununsesi.info