
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna əhalisinə təcili humanitar yardım göstərmək üçün 3,5 milyon dollar ayırıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, 3,5 milyon dollar məbləğində vəsait ÜST-nin təcili yardım fondundan təcili tibbi ləvazimatlar üçün ayrılıb:
“Əlavə ehtiyacların qiymətləndirilməsindən sonra humanitar dəstəyin artacağı gözlənilir”.
Qebreyesus, həmçinin, Ukrayna xalqının sağlamlıq vəziyyəti ilə bağlı dərin narahatlığını dilə gətirib:
“Səhiyyə sistemi fəaliyyətini davam etdirməlidir”.
Gununsesi.info