“Dəstəyə daha çox ehtiyacımız var” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski tvitter hesabında məlumat paylaşıb.

“Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı oldu. Kiyevə qarşı hiyləgər hücum haqqında məlumat verildi. Bu gün ortaqların dəstəyinə həmişəkindən daha çox ehtiyacımız var. Rusiyaya qarşı əhəmiyyətli qarşıdurma tələb edirik”, – deyə Zelenski bildirib.

Gununsesi.info