
Ukrayna sakinləri Rusiya hərbçilərinin ölkəyə hücumlarının ilk günündən xilas olmaq üçün yeraltı metro stansiyalarına üz tutublar.
Gununsesi.info xəbər verir ki, Ukrayna mətbuatında yayılmış fotolarda vətəndaşların Kiyev və Xarkov stansiyalarında gecələməsi anı əks olunub.
Məlumata görə, minlərlə ukraynalı qonşu ölkələrdə nicat tapmaq üçün evlərini tərk edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 100 000-dən çox ukraynalının qaçqın düşə biləcəyini açıqlayıb.
Ukraynanın birbaşa qərbində yerləşən Polşa da müharibə qaçqınlarının axınına hazırlıq məqsədilə sərhədi boyunca qəbul mərkəzləri yaradıb.