
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 122 170 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 152 tank, 6 284 zirehli maşın, 2 148 artilleriya sistemi, 448 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 289 təyyarə, 281 helikopter, 1 897 PUA, 749 qanadlı raket, 18 gəmi/qayıq, 4 944 avtomobil texnikası və avtosistern, 194 xüsusi texnikadan ibarətdir.
Gununsesi.info