ABŞ Qurani yandıranı təxribatçı hesab edir - NATO BİRLİYİNƏ QARŞIDIR

  • By admin
  • 24 Yanvar 2023 08:50

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasını “iyrənc” bir hərəkət kimi qiymətləndirib.
Gununsesi.info ABŞ mediasına istinadən bildirirr ki, Prays bunun  NATO birliyini sabotaj etmək məqsədi daşıdığını deyib:”Bir çox kişilər üçün müqəddəs olan kitabları yandırmaq son dərəcə hörmətsizlikdir”.

Prays bu hərəkəti üçün “iyrənc” və “alçaq” sözlərindən də istifadə edib.
Danimarkanın ifrat sağçı Hard Line siyasi partiyasının lideri Rasmus Paludan Quranı yandırmaq aktını həyata keçirib.
İsveç vətəndaşı olan Paludanın əvvəllər də oxşar aksiyalar təşkil etdiyi məlum olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Paludanın “təxribatçı” olduğunu bildirib.
Prays, “Anladığım qədər, bu hadisə iki yaxın tərəfdaşımız olan Türkiyə və İsveç arasında bilərəkdən məsafə yaratmağa çalışan və davam edən mübahisəyə qəsdən təsir göstərməyə çalışan bir təxribatçının işidir. İsveç və Finlandiyanın NATO-da iştirakını əngəlləmək üçündür. Bu azadlıq bəzən hörmətsiz, iyrənc və ürək bulandıran hərəkətlərə gətirib çıxara bilər”.

HTML tutorial