Oğlundan Nazim Bəydəmirli üçün təsirli paylaşım

  • By admin
  • 23 Dekabr 2023 09:19

Hazırda həbsdə olan ekologiya məhbusu Nazim Bəydəmirlinin xaricdə təhsil alan oğlu Cavid Bəydəmirli atasının həbsi barədə sosial şəbəkədə təsirli paylaşım edib.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Atam 6 aya yaxındır ki həbsdədir. Bütün ömrünü haqqa, ədalətə həsr edən adamın oğlu olaraq atama kömək edə bilmədim.
Bu il qazandığım uğurların sevincini yaşaya bilmədim. Atam mənim dostumdur.
Bakıda olanda Kürdəxanı təcridxanasına ziyarətinə getdim.

Mənim üçün dünyanın ən ləyaqətli, vicdanlı atasının layiq olmadığı məkanda görmək çox ağır idi. Ömür boyu haqqın,ədalətin yanında olan adamın özünə qarşı törədilən haqsızlıq böyük ədalətsizlikdir.


05.07.23 unutmayacağım tarixdir. Anam zəng eləyib atamın həbs olunduğunu dedi. Atama qarşı çox haqsızlıqlar olmuşdur ancaq bu xəbər məni ildırım kimi vurdu. İndiyə qədər onun həbs olunmağı ilə barışa bilmirəm.

Anama demişəm daha zəng eləmə, mesaj yaz. O gündən telefon zənglərindən diksinmişəm, qorxmuşam.
Anam “bir gün sənə zəng edəcəm ki, atan azadlıqdadır” deyir.
Atamın sözünə, məsləhətinə çox ehtiyacım var. AZAD edin atamı. AZADLIQ atamın HAQQIDIR.

Gununsesi.info