
Rus qoşunlarının Kiyevi ələ keçirmək planı həyata keçməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.
“Bu gün mən açıq şəkildə deyə bilərəm: rusların Kiyevi ələ keçirmək planı həyata keçmir. Heç vaxt da keçməyəcək! Kiyev təkcə burada ucaldılan binalar deyil, ilk növbədə insanlardır” – Kliçko qeyd edib.
Onun sözlərinə görə, rus ordusu şəhərdə çaxnaşma salmağa çalışır, lakin bu, əks effekt verir.
“İnsanlar qəzəbli və nifrətlidir. Onlar qisas almaq istəyirlər” – Kliçko əlavə edib.
Gununsesi.info