
Ukraynanın işğalında iştirak edən Rusiya qoşunlarının demək olar ki, yarısı döyüş qabiliyyətini itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ümumilikdə, 2022-ci il martın 15-nə olan məlumata görə, düşmən Ukraynada qondarma əməliyyatlarda iştirak edən bölmələrinin 40%-ə qədərini itirib (tamamilə məhv edilib və ya döyüş qabiliyyətini itirib)” , – məlumatda deyilir.
Gununsesi.info