
Milli Məclisdə Ukraynada təhsil alan tələbələrin problemləri ilə bağlı məsələ qaldırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə çıxış edib.
Deputat Ombudsmanın 2021-ci ildə görülən işlər haqqında məruzəsinin müzakirəsi zamanı Ukraynada təhsil alan tələbələrin müraciətlərinə diqqət edilməsini vurğulayıb:
“Həmin tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır. Biz onların təhsil həyatını, gələcəyini taleyin ümidinə buraxa bilmərik”.
Gununsesi.info