
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Tviterdəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.
Gununsesi.info