Bakı-Həştərxan reysi ləğv olundu

“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-ü cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:

• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/Buta airways
• t.me/ButaAirways

Gununsesi.info