Rusiyanın ələ keçirdiyi Soledarın peyk görüntüləri

Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi ölkə ordusunun Donetsk vilayətinin Soledar şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bu məlumatı təkzib edərək, şəhərdə hazırda döyüşlərin davam etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, “Maxar Technologies” şirkəti döyüşlər nəticəsində dağılan Soledar şəhərinin peyk görüntülərini yayıb.

HTML tutorial

Məlumata görə, şəhərdə dağılan tikililər arasında məktəb və bir neçə kənd təsərrüfatı binası da var.

Qeyd edək ki, ekspertlər Soledar şəhərinin hər iki tərəf üçün strateji əhəmiyyətə malik olduğunu bildirir. Belə ki, Soledar Baxmut şəhərinin yaxınlığında yerləşir. Şəhərə nəzarətin ələ keçirilməsi Baxmut şəhərində olan ukraynalı hərbçilərin təchizat yollarını kəsməyə imkan yaradır.







Gununsesi.info